"Qızıl oğlan" mükafatına namizədlər açıqlanıb
Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim edilən “Qızıl oğlan” mükafatına namizədləri açıqlayıblar.
“Report"a əsasən, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafatı qazanmağa ilk olaraq 100 oyunçu iddia edir.
"100-lük"də azərbaycanlı futbolçuya yer verilməyib. Siyahıya Türkiyə millisinin və Almaniyanın "Şalke" klubunun müdafiəçisi Ozan Kabak əlavə olunub.
Məşhur futbolçulardan Erlinq Holand, Ceydon Sanço (hər ikisi "Borussiya", Dortmund, Almaniya), Alfonso Devis ("Bavariya", Almaniya"), Fil Foden ("Mançester Siti", İngiltərə), Mayson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Kallum Hudson-Odoi ("Çelsi", İngiltərə), Rodriqo, Vinisius Junior ("Real Madrid", İspaniya) mükafat uğrunda mübarizə aparacaq.
Bildirək ki, 2019-cu ildə bu mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb.