Qırğızıstanın məşhur müğənnisi komaya düşdü
28/06/2020

Qırğızıstanın məşhur müğənnisi Asel Kadırbekova Bişkekdə yol qəzasına düşüb.
“Xəbərburo” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, o ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. 29 yaşlı ifaçı komaya düşüb. Asel ağır kəllə-beyin travması alıb.
Qeyd edək ki, iyunun 26-da baş vermiş qəzada 3 nəfər yaralanıb. Sosial şəbəkədə qəzanın baş vermə anının görnütüləri yayılıb.
Asel Kadırbekova həmkarı Nurlan Nasiplə ailəlidir.