Qida ehtiyatımız kifayət qədərdir - Dövlət Xidməti

Esed Abasli 17/02/2021

Azərbaycanda əsas qida məhsullarının kifayət qədər ehtiyatı yaradılıb.

''XəbərBüro'' Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi Azərbaycanda əsas ərzaq məhsulları kateqoriyasına uyğun olan bir sıra məhsulların əlavə ehtiyatlarının yaradılması ilə bağlı kifayət qədər geniş iş aparıb. M.Abbasbəyli əlavə edib ki, istehlak qrupunda 57 çeşid məhsul, eləcə də 51 çeşid tikinti məhsulu üzrə monitorinq aparılır, bugünədək qiymətlərin süni artımı ilə bağlı hər hansı bir pozuntu aşkar edilməyib.