Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

Esed Abasli 17/10/2021

Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Taninin ölkəmizə rəsmi səfər edəcək.

APA xəbər verir ki, səfər çərçivəsində Xarici İşlər Nazirliyində Azərbaycan və Qətər xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.