“Qəlb gözü”

Esed Abasli 18/10/2021

Education HUB-ın İnkişaf Zamanı Proqramı çərçivəsində Qusar rayonunda “Qəlb gözü”  təşəbbüsü həyata keçirilib.

 

Təşəbbüs öncəsi Qusar gəncləri ilə motivasiya xarakterli görüş keçirilmişdir. Görüşdə Quba regional “ASAN Xidmət” Mərkəzinin, Könülüllər üzrə məsul şəxs və Karyera məsləhətçisi  Vəfa Rüstəmova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin direktoru Zarina Apayeva, Eco-Generation Ambassador layihəsinin Azərbaycan üzrə gənc səfiri Nadir Hüseynov gənclərlə motivasiyaedici söhbətlər aparıblar. Görüş interaktiv şəkildə həyata keçirilmiş və gənclərin marağına səbəb olmuşdur. 


Həmçinin “Qəlb gözü” layihəsində iştirak etmiş gənclər öz mühitlərində onlar üçün yaradılmış imkanlardan daha çox məlumatlı olmaları və öz dəyərli vaxtlarının fərqinə vararaq şəxsi inkişaflari üçün araşdırma, cəhd etmələri üçün istiqamətləndirilmiş və öz məqsədlərini, arzularını  paylaşmışdılar. Sonda isə iştirakçılar sertifikatla təltif ediliblər.