Qədim Misir

Arzu Məmmədli 18/06/2020

Qədim Misir, 20-ci əsrin əvvəlindən bəri, dünyada ən çox danışılan və araşdırılan sivilizasiydır. Bu səbəbdən bu postumuzda Misir haqqında bilmədiyimiz bəzi həqiqətlər qədər, səhv bildiyimiz bəzi şeyləri ”XəbərBuro” saytı sizlər üçün araşdırdı. Həm qadın həm kişi olmaqla bütün Misirlilər makyaj edir, Göz boyaları, misdən hazırlanmış yaşıl və ya qurğuşundan hazırlanmış qara rəngdə olardı. Misirlilər makiyajın qoruyucu gücü olduğuna inanırdılar. Başlanğıcda makiyaj bəzənmə məqsədindən çox, Günəşdən qorunma məqsədi daşıyırdı.Antibiotik ifadəsi, 20-ci əsrdə yox başlamamışdır. Xalq təbabəti, kifli qidalar ya da infeksiyalar üçün torpaq istifadəsi daxil antibiotik ifadəsinin təməli Misir də qoyulmuşdur. Qədim Misir tibb sahəsində digər ölkələrlə müqayisədə çox irəlidəydi. Homerin “Odysseia” adlı əsərində bütün sənətlər içində Misirlilərin ən hünərli olduqları sahənin tibb olduğu xüsusilə vurğulanır. Məsələn Qədim Misirdə infeksiyalar, kifli çörək ilə müalicə edilirmiş. Qədim Misirlilərdə təmizlik və görünüş, böyük əhəmiyyət daşıyırdı.Daha çox heyvani yağları və əhəng daşı tozundan hazırlanan yumşaq sabunla təmizlənirdilər. Kişilər təmiz qalmaq üçün bığ və saqqal xaricində bütün bədənlərini təraş edirdi. Hər iki cins də pis qoxuları aradan qaldırmaq və dərini yumşaltmaq üçün ətirli məlhəm, ətir və yağ istifadə edirdilər. İşçilərə yağ və məlhəm, həftəlik ödəniş kimi verilirmiş. Ramses III zamanında yağ verilmədiyi üçün işçilərin şikayətləri qeydə alınmışdır. Bu dərəcə əhəmiyyətli olmasının əsas səbəbi Günəş və qum küləklərinin dəridə yaratdığı quruluq idi. Misir də Piramidalar dünyanın 7 möcüzələrindən biridir. Qədim Misir piramidalarının əksəriyyəti fironlar (Qədim Misir hökmdarları) və ailələri üçün türbə kimi tikilmişdir. Bu günə qədər Misirdə 130-dan çox piramida aşkar edilmişdir. Sonrakı həyat Misirlilər üçün olduqca vacib idi. Mümkün olduqda, ölmüş bir insanın cəsədini qorumaqla, ruhlarının əbədi olaraq əbədi olaraq yaşayacaqlarına inandılar. Gizadakı Xufu piramidası ən böyük Misir piramidasıdır.


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər