Qəbul imtahanından 3 nəfər çıxarıldı
30/07/2020

Bildirdiyimiz kimi, bu gün 10 şəhər və rayonda növbəti buraxılış (qəbul) imtahanları keçirilib.
“Xəbərburo”nun Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan çıxarılıb.
30 iyuldan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.