Qəbələnin küçələrinin birinə Polad Həşimovun adı veriləcək

Məmmədzadə Zərintac 30/07/2020

Məlum olduğu kimi, Prezidenti İlham Əliyev 29 iyulda Qəbələdə də səfərdə olub.

"XəbərBuro” xəbər verir ki, dövlət başçısı Vəndam kəndində anadan olmuş general Polad Həşimovun qəhrəmanlığından söz açıb.

İlham Əliyev onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlərə dair tapşırıqlar verib.

General-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub.