
2022-02-21 13:33:15
11/07/2020
Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Xəbərburo” xəbər verir ki, qəza Hacallı kəndi ərazisində qeydə alınıb.
Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.