Qəbələdə də modul tipli xəstəxana quraşdırılıb

Məmmədzadə Zərintac 30/07/2020

Koronavirus  qarşısının alınması üçün Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

“XəbərBuro"  xəbər verir ki,  Prezidenti İlham Əliyev 29 iyulda Qəbələyə səfəri zamanı kompleksdə yaradılan şəraitlə tanış olub.

Digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.