Qazın qiymətilə bağlı “Azəriqaz”dan AÇIQLAMA

Esed Abasli 16/10/2021

"Əhali istehlak etdiyi hər kubmetr qaza görə 10 qəpik ödəyirdisə, yeni tarifə görə 12 qəpik ödəyəcək”.

Bunu Oxu.Az-a açıqlamasında "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib. 

Onun sözlərinə görə, qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə sahibkarlar əvvəl qazın tariflərlə 20 qəpik ödəyirdisə, indi isə 22 qəpik ödəməli olacaqlar. Burada söhbət 2 qəpik artımdan gedir.

Bu da "Azəriqaz” İstehsalat Birliyinin daha rentabelli çalışmasına hesablanıb. Dünya bazarında da qazın qiymətinin artımı məcbur edir ki, birlik daha rentabelli işləsin”.

O qeyd edib ki, əhali üçün 1200-2500 kub metrədək və 2500 kub metrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.