Qazimiz müharibədə əsgərlərə kömək edən tibb bacısı ilə nikah bağladı

Mükafat İsazadə 19/02/2021

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN Xidmət”) qazimizin nikahı qeydə alınıb.

"XəbərBüro" məlumat verir ki bu barədə “ASAN Xidmət” məlumat yayıb.

Nikaha daxil olan şəxslər Vətən müharibəsi iştirakçısı, qazimiz Rüstəm Əhmədli və həmin müharibədə tibb bacısı kimi iştirak edərək yaralı əsgərlərimizə kömək edən Esmira Paşayeva olublar.