Qazı vəfat etdi

Leyla Aliyeva 19/07/2020

Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə Qazısı Hacı Mirqiyas Təhməzov dünyasını dəyişib.

“Xəbərburo” xəbər verir ki, Mirqiyas Təhməzov bir müddətdir xəstəlikdən əziyyət çəkirdi. O, səhər saatlarında Masallının Çaxırlı kəndində yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, Hacı Mirqiyas Təhməzov 1944-cü ildə anadan olub.