Qazaxıstanda yoluxanların sayı 80 mini keçdi

Agamaliyeva Zuleyxa 25/07/2020

Qazaxıstanda son sutka ərzində daha 1740 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

"XəbərBuro" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla ölkədə yoluxanların ümumi sayı 80 226-ya çatıb.

Sutka ərzində ən çox yoluxma Almatı və Nur-Sultan şəhərlərində qeydə alınıb.  Bu günə qədər 610 nəfər xəstəlik səbəbindən həyatını itirib, 49,4 min pasiyent isə müalicə olunaraq sağalıb.