Qazaxıstan Azərbaycanla uçuşları bərpa edir.

Aynur 21/09/2021

Qazaxıstan 16 ölkə ilə uçuşları bərpa edir.

“XəbərBüro” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar COVID-19-un yayılmasının qarşısının alınması üzrə Qurumlararası Komissiyanın iclasında verilib. 

Məlumata əsasən, Qazaxıstan Rusiya, Türkiyə, Azərbaycan, BƏƏ, Özbəkistan, Almaniya, Maldiv, Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt ilə hava əlaqələrini bərpa edir. Həmçinin bildirilir ki, uçuşlar bərpa olunmaqla yanaşı, sayları da artırılacaq. 

Bununla yanaşı, Qazaxıstana 30 ölkə vətəndaşlarının vizasız gəlmə rejimi də bərpa olunur. Sözügedən ölkələr bunlardır: İtaliya, Niderland, Fransa, Almaniya, İspaniya, Yaponiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Polşa, Danimarka, Çili, Macarıstan, Koreya, Çexiya, Bəhreyn, Qətər, Monako, Kipr, İslandiya, Finlandiya, Malta, İsveç, Portuqaliya, Lixtenşteyn, Slovakiya, Lüksemburq, Kanada, Sinqapur və Belçika.