Qazaxda 4 nəfər bıçaqlanıb
26/07/2020

Qazaxda iki bıçaqlanma hadisəsi baş verib və 4 nəfər xəsarət alıb.
“XəbərBuro" xəbər verir ki, hadisələrdən biri kafedə olub. Aralarında yaranan mübahisə davaya çevrilmiş 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sarğı nahiyyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyyəsindən bıçaqlanıb. Hər 3 yaralı xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun dediklərinə görə, taksi sürücüsü ilə mübahisə zəminində bıçaqlanıb.
Faktlarüzrə araşdırmalar davam etdirilir.