Qaxa sulu qar yağdı
23/08/2020

Xəbər verdiyimiz kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
"XəbərBuro" bildirir ki, ötən gün şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində havanın temperaturu xeyli aşağı düşüb.
Nəticədə Qax rayonunun dağ kəndləri - İlisu və Sarıbaşın əhatəsində olan Böyük Qafqaz Sıra dağlarına sulu qar və qar yağıb.