“Qarabağ”ın yeni oyunçusu ulduz futbolçularla eyni sırada

Leyla Aliyeva 05/08/2020

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə verən futbolçuların adlarını açıqlayıb. “XəbərBuro” xəbər verir ki, siyahıda "Qarabağ"ın yeni transferi Uroş Matiç yer alıb. 

Kiprin APOEL klubundan Ağdam təmsilçisinə keçən serbiyalı futbolçunun aktivində 4 assit var. O, bu göstərici ilə Brunu Fernandes (“Mançester Yunayted”), Riyad Mahrez (“Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə Portuqaliya "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.

Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.