Qarabağın hava qapısına tarixi səyahət... - Foto

Aynur 06/09/2021

Xəbər verdiyimiz kimi, bu gün Bakıdan uçan “AZAL”a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, işğaldan azad olunmuş Qarabağın ilk hava limanında, Füzuli beynəlxalq hava limanında eniş edib.


“XəbərBüro” xəbər verir ki, uçuş AZAL-ın ən nəhəng təyyarələrindən biri olan “QARABAĞ”la həyata keçirilib.


Füzuli Beynəlxalq Hava Limanının inşası üzrə layihə meneceri Selim Akbay bildirib ki, bu layihə onlar üçün həm çox çətin, həm də bir o qədər asan layihə olub.


“Layihənin icrasına başlayanda burada heç nə yox idi. Hər yer minalanmışdı. Buna baxmayaraq Azərbaycan dövləti tikinti üçün lazım olan bütün zəruri addımları atdı. Ərazi minalardan təmizləndi, elektrik verildi və işə başladıq.


Biz burada çalışan heç bir kəsə “Yaxşı işlə, tez işlə” kimi sözlər demədik”.


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev isə bu günü əlamətdar hesab etdiyini dilə gətirib:


“Bu gün təkcə Azərbaycan aviatorları üçün deyil, hər birimiz üçün, bütün Azərbaycan üçün əlamətdar gündür. Bizim hər birimizin keçirdiyi hissləri sözlərlə ifadə etmək qeyri-mümkündür”.


Nuran Məmmədov


Pərvin Zeynal