Qarabağ və Şərqi Zəngəzurda tikilən avtomobil yollarının ümumi uzunluğu məlum olub.

Aynur 02/09/2021

“XəbərBüro” bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzurda inşa olunan avtomobil yollarının xəritəsini dərc edib. 

 Xəritə ümumi uzunluğu 665,4 km olan və hazırda tikilən 10 əsas avtomobil yolunu əhatə edir. Bundan əlavə, xəritədə tikintisi nəzərdə tutulan, lakin uzunluğu qeyd olunmayan avtomobil yolları da daxildir.