"Qarabağ probleminin həllində Rusiya ilə çalışmağa hazırıq"

Məmmədzadə Zərintac 06/10/2020

Türkiyə Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə çalışmağa hazırdır, münaqişənin fundamental həllə ehtiyacı var.

"XəbərBuro" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə müsahibəsində söyləyib. Bu məsələdə Ankara və Moskvanın ortaq çalışmasına ehtiyac olduğunu deyib.

"Hər kəs həqiqətin tərəfində olmalıdır. İşğalçı da var, işğalın qurbanı da var. Ədalət Azərbaycanın tərəfindədir. Ölkələr, o cümlədən Rusiya ədalətin tərəfində olmalıdır. Rusiya Minsk qrupunun üzvüdür və həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri var. Bu prosesdə Rusiya böyük töhfəsinə ehtiyac var. Rusiyanın bu münaqişənin həllinə bu günə qədər nə qədər sərmayə qoyduğunu hamı bilir. Biz bu məsələyə daha çox töhfə vermək istəyirik və Rusiya ilə işləməyə hazırıq. Bölgənin təhlükəsizliyi üçün bu məsələnin köklü həlli vacibdir, bu səbəbdən əməkdaşlığımıza ehtiyac var”,- Çavuşoğlu qeyd edib.