"Qarabağ" "Neftçi" ilə üz-üzə

Agamaliyeva Zuleyxa 20/09/2020

Bu gün Azərbaycan Premyer Liqasında növbəti turun oyunları baş tutacaq.

"XəbərBuro"nun məlumatına görə, daha iki matçla 3-cü tura yekun vurulacaq. 

Öncə meydana qəsəbə təmsilçisi "Zirə" ilə "Sabah" meydana çıxacaq. Turun mərkəzi oyununda "Qarabağ" prinsipial matçda "Neftçi" ilə üz-üzə gələcək.

20 sentyabr

18:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”
“Azərsun Arena”

19 sentyabr

"Sumqayıt" - "Səbail" 2:1 
 
"Qəbələ" - "Keşlə" 0:0