Qarabağ müharibəsindən sonra elan olunan atəşkəs dönəminin son şəhidlərindən biri…

Aynur 21/09/2021

Elşən Məmmədov 18 aprel 1982 - ci ildə Tovuz rayonunun Qazıqulu kəndində anadan olmuşdur. Ailəli idi, 3 övladı var. “XəbərBüro” bildirir ki, MAHHXHQ kiçik çavuş olan Elşən Əli oğlu Məmmədov 21 sentyabr 2020-ci ildə Tovuz rayonu istiqamətində Azərbaycan - Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılmışdır. Elşən Məmmədov Qarabağ müharibəsindən sonra elan olunan atəşkəs dönəminin son şəhidlərindən biridir.