Qara qızıl bahalaşmaqda davam edir

Məmmədzadə Zərintac 24/11/2020

Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.
“XəbərBuro” xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,28% bahalaşaraq bir barrelə görə 46,65 dollar olub.
WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 1,42% artaraq bir barrelə görə 43,67 dollara yüksəlib.
Bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Koronavirus peyvəndinə dair müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.