Qara Qarayev səfər oyunu öncəsi fikirlərini bölüşüb

Məmmədzadə Zərintac 07/09/2020

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək Kiprlə səfər oyunu öncəsi fikirlərini bölüşüb.

"XəbərBuro"  xəbər verir ki, “Qarabağ”ın futbolçusu bu gün keçirilən mətbuat konfransında deyib:

“Bütün diqqətimiz bu oyuna yönəlib. Heyətdə Mahirdən başqa bir itki yoxdur. Oyuna tam hazırıq. Əlimizdən gələni edəcəyik ki durumu xeyrimizə dəyişək, azarkeşlərin rəğbətini qazanaq. Bura daha əvvəl “Qarabağ”la səfər etmişəm. Milli səviyyədə ilk dəfə qarşılaşacağıq. Necə oynayacağımızı bilirik. Ancaq bunu indi demək düzgün deyil. Məşqçilər heyəti rəqibi yetərincə, araşdırıb və lazım olan informasiyanı bizə verib”.