Qapanma haqqında məlumatlar 10 gün sonra özünü göstərə bilər
Məmmədzadə Zərintac 11/06/2020

Keçən həftə sonu tətbiq edilən qapanma ilə əlaqədar məlumatlar 10 gün sonra özünü göstərə bilər.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. O deyib ki, gündəlik olaraq yoluxmalar barədə ictimaiyyətə məlumatlar verilir:
“Biz bu təcrübəni xarici ölkələrin təcrübələrində müşahidə etdikdən sonra tətbiq etdik. Türkiyədə bu qaydanın tətbiqindən sonra yoluxanların sayında 10 %-ə qədər azalma müşahidə edilib. Ümid edirik ki, bu rejimin tətbiqi ilə bizdə də yoluxma sayında azalmalar olacaq”.