“Qalib ölkənin gəncləri” adlı intellektual bilik yarışması keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin təşkilatçılığı, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektorunun, Samux Mədəniyyət Mərkəzinin, Samux Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərəfdaşlığı ilə həyata keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Qalib ölkənin gəncləri” adlı intellektual bilik yarışması keçirilib.
İntellektual bilik yarışında hər komandada 5 nəfər olmaqla, 23 məktəbin komandası iştirak edib.
Qaliblər:
1-ci yer - Qaraağaclı qəsəbə tam orta məktəbin komandası
2-ci yer - Alıuşağı kənd tam orta məktəbin komandası
3-cü yer - Samux şəhər 3 saylı tam orta məktəbin komandası
İştirak edən bütün məktəbin komandalarına təşəkkür edirik!