"Qalatasaray" Bakıda

Agamaliyeva Zuleyxa 16/09/2020

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Türkiyənin "Qalatasaray" komandası Bakıya gəlib.

"XəbərBuro"nun məlumatına görə, İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.