QADIN

Arzu Məmmədli 20/06/2020

Feminizm (latınca: femina – "qadın") — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.

Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır. Lakin daha çox onu geniş şəkildə-cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər).Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Feminizmin ilk dalğası XIX əsrin sonu-XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-da hərəkat daha kütləvi xarakter aldı. Bu çoxsaylı aksiyalarda bir sıra təşkilatların və bir çox lidersiz və öz ənənəvi anlamında nəzəri strategiyasız kiçik qrupların yaranmasında təzahür etdi. 80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azalır, tədqiqatçılar bunu qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər. Əgər 80-ci illərin ortalarına qədər nəzəriyyəçilər tərəfindən əsasən Qərbi Avropa və Şimali Amerikanın orta təbəqəsindən olan ağ qadının təcrübəsi nəzərdən keçirilirdisə, sonralar digər qrupların və onların spesifik maraqlarının öyrənilməsinin və nəzərə alınmasının zəruriliyi qəbul olundu. Bu hərəkatın yalnız praktikasının deyil, nəzəriyyəsinin də vəziyyətində öz əksini tapdı, hansı ki, get-gedə daha çox qeyri-tarixi faktorlara yönəlmə ilə bağlı kateqoriya və metodlardan imtina edirdi. XX əsr – sosial transformasiya və siyasi sarsıntıların elmi-texniki yüksəliş və inkişaf dövrü olmaqla yanaşı "qadın inqilabı" adlanan yeni formul tarixi meydanı dövrüdür. Dünya tarixindən məlumdur ki, bir sira iri siyasi sosial-iqtisadi böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının ilkin təşəbbüskarı və bəzən də liderləri rolunda iştirak etmişlər. Bu zaman onlar nəinki "güclü cinsi" təkrar etməmiş, hətta kişilərə,onların əxlaqına,dünyagörüşünə və s. təsir edirdilər.Dövrün nəbzini tutaraq,həm də siyasətin subyekti kimi, qadınlar özlərinin sərt olmayan strukturlu özünütəşkil formalarını (formal və qeyri-formal) yaradırlar. Bu təşkilatlarda ümumi maraq dairəsi olan qadınlar ya kiçik müddətə və ya uzun müddətə birləşirlər. Bununla əlaqədar hətta ədəbiyyatda eyniləşdirilən "qadın problemi", "qadın məsələsi", "qadın hərəkatı" kateqoriyalarının bir-birindən fərqlənməsi zərurəti meydana çıxır.

Misirli feminist Sarah Hegazy 17 iyun 2020-ci ildə  intihar etmişdir. Məşhur feminist-aktivist Sarah 2017-ci ilində bir konsertdə göyqurşağı qaldırdığı üçün həbs olunub. Orada işgəncələrə və cinsi şiddətə məruz qalıb. 2018-ci ildən bəri sürgündə yaşadığı Kanadadakı evində intihar etmişdir. İntihardan əvvəl yazdığı notlar:

Ailəsinə: “Həyatda qalmağa çalışdım,məğlub oldum, məni bagışlayın.”

Dostlarına: “Təcrübə qəddar idi və mən ona qarşı qoymaq üçün çox zəif idim, məni bağışlayın.”

Dünyaya:”Çox qəddar idin, amma bağışlayıram.”


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər