Putinlə Zelenskinin telefon danışığı baş tutub

Məmmədzadə Zərintac 26/07/2020

Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

“XəbərBuro" xəbər verir ki, prezidentlər Ukraynadaxili böhranın tənzimlənməsi məsələsini müzakirə ediblər və Donbassda atəşkəslə bağlı əlavə tədbirləri yüksək dəyərləndiriblər.

 22 iyulda təmas qrupu Donbassda barışığı təmin etmək üçün əlavə tədbirlərə dair razılığa gəlib. Danışıqların nəticələrinə görə, 27 iyul Bazar ertəsi günündən etibarən tərəflər Donbassdakı demarkasiya xəttində atəşi dayandıracaqlar.