Putinə peyvənd vurulmasına dair məlumat verilib

Məmmədzadə Zərintac 16/09/2020

“Prezident Vladimir Putin koronavirusa qarşı peyvənd etdirib-etdirməyəcəyinə özü qərar verəcək”.

“XəbərBuro"  xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Əgər istəsə və istədiyi zaman o, özü bu barədə məlumat verəcək”, -  Peskov deyib.

Rusiya dünyada ilk dəfə 11 avqustda “Sputnik V” adlı covid-19 peyvəndi hazırlayıb. N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanan vaksinin kliniki sınağı iyun-iyul aylarında keçirilib.