Putindən ölkələrə xəbərdarlıq

Mükafat İsazadə 24/02/2022

“Heç kimdə şübhə olmamalıdır ki, Rusiyaya birbaşa hücum potensial təcavüzkarın darmadağın edilməsi və onun üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”.

"XəbərBüro" TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

“Kimsə bizə mane olmağa, xüsusən ölkəmiz üçün, xalqımız üçün təhlükə yaratmağa çalışsa, bilməlidir ki, Rusiyanın cavabı özünü gözlətməyəcək və tarixinizdə hələ heç vaxt rastlaşmadığınız nəticələrə gətirib çıxaracaq. Biz hadisələrin hər cür inkişafına hazırıq və bu barədə lazım olan bütün qərarlar qəbul edilib. Ümid edirəm, sözlərimi eşidəcəklər”,- deyə rusiyalı lider əlavə edib