Putindən ABŞ-a xəbərdarlıq: “Patriot” sistemlərini məhv edəcəyik

Esed Abasli 25/12/2022

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya tədarük edəcəyi təqdirdə, bu sistemlər məhv ediləcək.

Bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri bildirib ki, hazırda belə komplekslər Ukraynada yoxdur.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri ərəfəsində Bayden administrasiyası Kiyevə daha 1,85 milyard dollarlıq hərbi yardımın ayrılacağını bəyan edib. Bildirilib ki, yeni hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri də daxildir.