Putin və Lukaşenko arasında telefon danışığı olub

Məmmədzadə Zərintac 07/08/2020

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışıb. “XəbərBuro” xəbər verir ki, buna dair Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Tərəflər Belarusda saxlanılan rusiyalılarla bağlı vəziyyəti müzakirə ediblər. Onlar rusiyalıların Belarusda saxlanması ilə bağlı vəziyyətin “qarşılıqlı anlaşma ruhunda” nizama salınacağına əmin olduqlarını bildiriblər.

Putin və Lukaşenko qardaş Rusiya-Belarus münasibətlərinin gələcək inkişafı ilə əlaqədar aktual məsələləri də müzakirə ediblər.