Putin daha Mixail Mişustinlə eyni təyyarədə uçmayacaq

Məmmədzadə Zərintac 29/06/2020

Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyasına görə daha  Baş nazir Mixail Mişustinlə eyni təyyarədə uçmayacaq və onunla eyni vaxtda işlərinin başından ayrılmayacaq.

“Qafqazinfo”ya əsasən "Xəbərburo"  xəbər verir ki, bu barədə rusiyalı lideri “Rossiya-1” kanalına müsahibəsində söyləyib. O, bildirib ki, bununla bağlı yeni qərar qəbul edib. Putin belə bir qayda qoymasını “Üzərimizdə ölkədə baş verənlərlə bağlı xüsusi məsuliyyət var” deyərək izah edib.

Rusiya Prezidenti Mişustin koronavirusa yoluxduğu zaman çox diqqətli hərəkət etmək məcburiyyətində qaldığını və iş qrafikini də həmin vəziyyətə uyğun qurmalı olduğunu deyib.

“İnsanlarla ünsiyyət qurmaq çox xoşuma gəlir. Ancaq bəzi şərtlər səbəbindən iş proqramımda dəyişiklik etməli oldum”, - Putin bildirib.

Xatırladaq ki, Mixail Mişustin apreldə koronavirusa yoluxduğunu elan etmiş, mayda isə xəstəliyə qalib gəlmişdi.