
Pul üçün özünü oğurlatdırıb
07/08/2020

Qazaxıstanda 37 yaşlı azərbaycanlı külli miqdarda pul qazanmaq üçün özünü oğurlatdırıb.
"XəbərBuro" xəbər verir ki, buna dair Qazaxıstan polis idarəsinin mətbuat xidmətindən məlumat verilib.
O, tez-tez Qazaxıstanın Almatı şəhərindəki qohumlarının evinə qonaq gedib. Azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün “tamaşa” qurub.
Bu şəxs Almatıda özünü Qazaxıstana meyvə və tərəvəz gətirən iş adamı kimi təqdim edərək, partnyor axtarmağa başlayıb. Bu zaman onu tələsinə Nur-Sultandan olan biznesmen düşüb.
37 yaşlı şəxs əmisi oğlu, onun dostu və sevgilisi ilə cinayət əməlini icra edib. O, özünü oğurlatdırıb, daha sonra “oğrular” qazaxıstanlı biznesmenə səsli mesaj və azərbaycanlının qanlı fotosunu göndərib. “Oğrular” azərbaycanlının sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul tələb edib.
Sonra qazaxıstanlı biznesmen polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ifşa edilib. Əslində fotoda azərbaycanlının üzərinə tökülən dovşan qanı olub.
Həmin şəxslər saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.
Related Articles


Qayınanasını öldürdüyünü etiraf etsə də, ərinin qətlə yetirdiyi məlum oldu



Bakıda pul nişanına hörmətsizlik edən şəxs polisə çağırıldı - üzr istədi








Xaricdə yaşayan narkotacirə Bakıda narkokuryerlik edən 3 nəfər saxlanıldı.










