PUA-nın vurulması xəbəri ilə bağlı açıqlama

Röya Vahabova 12/07/2020

"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb".

Bu barədə "Xəbərburo" "Qafqazinfo"ya istinadən bildirir ki, Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda bildirilir ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.