"Psixometrion" layihəsi uğurla yekunlaşdı

Esed Abasli 23/12/2020

14 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “Psixometrion” adlı layihənin bağlanış mərasimi keçirildi.

Layihənin bağlanış mərasimi və son təlimi eyni günə təsadüf etdi. Layihədə layihənin komanda üzvləri, layihə rəhbəri Şəbnəm Osmanlı , ekspert Şəmistan Abdullayev, koordinator Etiram Sadıqzadə, təlimçi İradə Zülfüqarova, İsmayıllı şəhəri 4 saylı​ məktəbin şagirdləri ​ iştirak etmişdir.

Əvvəlcə layihə rəhbəri Şəbnəm Osmanlı İkinci Qarabağ Müharibəsinin Qalibiyyəti münasibəti ilə bütün iştirakçıları təbrik etdi, şagirdlərlə birlikdə Şəhidləri yad etdi. Layihə çıxışında layihə haqqında qısa məlumat verdi. Təhsil Nazirliyinin Qrant müsabiqəsi barəsində məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra layihənin eksperti Şəmistan Abdullayev çıxış edərək hər kəsi salamladı, layihənin gedişatı barəsində məlumat verdi. Layihənin gedişatının gözlənildiyindən daha yaxşı olduğunu söylədi.

Koordinator Etiram Sadıqzadə öz nöbəsində layihənin icra müddətində görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verdi. Layihənin məqsədi və vəzifəsi haqqında danışdı, gözlənilən nəticəni aldıqlarını söylədi. Layihədə 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlərdə 120 nəfərin iştirakı təsdiqləndi, bu da layihəyə olan marağın düzgün ehtimal edilməsinin bariz nümunəsidir.

Bundan sonra layihənin təlimçisi İradə Zülfüqarova tədbir iştirakçılarını salamlayaraq özünü təqdim etdi. Təlimçi olaraq bu günə kimi keçirilmiş təlimlər və onlardan əldə olunan nəticələr haqqında iştirakçıları məlumatlandırdı.Sonra şagirdləri “bullinq”,”Uğura gedən yol” adlı təlimlərin mövzuları ilə tanış etdi. Şagirdlərlə interaktiv sual-cavab keçirildi, təlimin mövzularında göstərilən problemlər hazırkı dövrümüzlə əlaqələndirildi və həlli yolu üçün ortaq nəticələr əldə olundu.

Sonda layihə rəhbəri Şəbnəm Osmanlı çıxış edərək bütün layihə iştirakçılarına iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi, gələcəkdə​ ölkəyə yararlı şəxsiyyət olacaqlarından əmin olduğunu söylədi. Bununla da onları motivasiya etdi və hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı.