Prezidentin qızı Arzu Əliyevanın adına saxta profil açanlar müəyyən olunacaq

Məmmədzadə Zərintac 27/07/2020

Bir çox internet resurslarında Prezident İlham Əliyevin qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.

“XəbərBuro” xəbər verir ki, bununla bağlı  Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumat yayıb. 

Aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və bu cür məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyənləşib: 

"Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir".