Prezidentin köməkçisi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Röya Vahabova 15/08/2020

"Hər kəsin dini etiqadina həssaslıqla yanaşırıq".

"Xəbərburo" bildirir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, dini mərasimlərin keçirilməsi ilə bağlı kütləviliyə yol verilməməsi ilə bağlı vətəndaşlardan xahiş olunur:

"Hər kəsin dini etiqadina həssaslıqla yanaşırıq. Din xadimlərindən də bu mövzuda fikirlərlər alınıb. Mömin insanlarımızın bu qaydalara əməl edəcəyini gözləyirik. Bugünkü yoluxma sayının azalması hər birimizi sevindirir. Biz bu dinamikanı saxlamaq üçün qaydalara əməl etməliyik".