Prezidentdən Fəxrəddin Qədirovla bağlı sərəncam
20/07/2020

Prezident İlham Əliyev geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Fəxrəddin Qədirovla bağlı sərəncam imzalayıb.
“Xəbərburo”nun məlumatına görə, sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fəxrəddin Əbülfət oğlu Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib.