Prezident yerli kanallara müsahibə verib

Məmmədzadə Zərintac 06/07/2020

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında olublar.

“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki, tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı Azərbaycan, İctimai və “Xəzər” Televiziyalarına müsahibə verib.