Prezident Yaşar Əliyevlə bağlı sərəncam verdi
08/09/2020

Azərbaycan Prezidenti İlham Əliyev Yaşar Əliyevi təltif edib.
“XəbərBuro” xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən Azərbaycanda milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini, general-leytenant Yaşar Əliyevin bu gün 60 yaşı tamam olur.