Prezident İlham Əliyev və xanımı Gəncədə modul xəstəxananın açılışını ediblər

Məmmədzadə Zərintac 24/06/2020

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə modul tipli xəstəxananın açılışını ediblər.

“Xəbərburo” xəbər verir ki, dövlət başçısı və xanımı xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüş təşkil ediblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.