Prezident İlham Əliyev: " Hərbçilərimizin qisası alınıb"

Məmmədzadə Zərintac 13/07/2020

“Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır”.

“Xəbərburo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında çıxışnda bildirib.

Dövlət başçısı deyib ki, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq: “Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.