XəbərBuro

Prezident İlham Əliyev həmkarını təbrik etdi

27/07/2020

"XəbərBuro" nun verdiyi xəbərə görə Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya məktub ünvanlayıb.  

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Peru xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Peru dostluq münasibətlərinin həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda daha da inkişafı üçün imkanlar mövcuddur.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq arzulayıram”.

Digər Məqalələr