Prezident fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb

Röya Vahabova 17/08/2020

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

“Xəbərburo” bildirir ki, Sərəncamla Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara fəxri adlar verilib:

“Əməkdar həkim”

Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı

“Əməkdar tibb işçisi”

Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.