Pozitiv nəticəsi olan vətəndaşlardan bəzən yoluxma olmur

Məmmədzadə Zərintac 10/07/2020

“Bəzi şəxslər tam sağaldıqdan sonra virus genetik materialı qaldığı üçün onlarda pozitivlik aşkarlana bilir. Ancaq yoluxucu olmurlar”.

“Xəbərburo” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə bildirib.

O deyib ki, xəstəlik keçirmiş insanlarda immunitet yaranır: “Onlar izolyasiyanı bitirdikdən sonra işlərinə qayıda bilir. Tibbi olaraq izolyasiya müddəti bitdikdən sonra vətəndaşdan test tələb olunması doğru deyil”.