Portuqaliya millisi ciddi itki ilə üzləşib

Məmmədzadə Zərintac 03/09/2020

Futbol üzrə Portuqaliya millisi ciddi itki ilə üzləşib.

"XəbərBuro" xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun da formasını geyinən Kriştiano Ronaldonun sağ ayağındakı barmağına infeksiya düşüb.

Bu haqda Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 35 yaşlı hücumçunun hazırda müalicə olunduğu diqqətə çatdırılıb. Antibiotiklərlə müalicə alan futbolçu idman zalında fərdi şəkildə məşq edir.

Portuqaliya yığmasının kapitanı Millətlər Liqasında sentyabrın 5-də Xorvatiya, 8-də isə İsveçlə matçlarda komandaya kömək edə bilməyəcək.