Polşa, İsveç və Çexiya yığmaları Rusiyada oynamaqdan imtina edib

Mükafat İsazadə 25/02/2022

Polşa, İsveç və Çexiya yığmaları 2022-ci il dünya çempionatının pley-off oyunlarını Rusiyada keçirməkdən imtina edib.


"XəbərBüro" un  məlumatına görə, bu barədə Polşa millisinin mətbuat katibi Yakub Kvyatkovski Sport24.ru-ya açıqlama verib.


"Polşa, İsveç və Çexiyanın rəsmi bəyanatı belədir: Biz sizin ölkənizdə oynamaq istəmirik", - deyən Kvyatkovski FIFA və UEFA-dan təcili reaksiya gözlədiklərini söyləyib. O, pley-off qarşılaşmaları üçün alternativ variantın seçilməsini istədiklərini əlavə edib.


Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb. Cütün qalibi İsveç - Çexiya matçının ən güclüsü ilə finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.